Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubunun Bolqarıstandan olan futbolçusu İvan Svetkov Bakının "Nefçi" komandasına keçə bilər.
"Svetkov "Xəzər-Lənkəran"dan ayrıldığı halda, onunla bu barədə danışığımız ola bilər", - çərşənbə günü Trend -a "Neftçi" klubunun vitse-prezidenti İlqar Quluzadə deyib.
Svetkov "Xəzər-Lənkəran" klubuna 2008-ci ildə transfer olunub. Hücumçu mövqeyində çıxış edən futbolçu vurduğu 10 qolla Azərbaycan Premyer-Liqasının birinci dövrəsindən sonra bombardirlər siyahısına başçılıq edir.
Bolqarıstanlı futbolçu "Xəzər-Lənkəran" komandasının dünən Türkiyənin Antalya şəhərində keçirdiyi məşqində iştirak etməyib.
Svetkovun "Xəzər-Lənkəran"dan ayrılmasının səbəbi kimi, üç aylıq məvacibini ala bilməməsi göstərilir. Hücumçu problemi olan "Neftçi" ilə yanaşı, Bakının "İnter" klubunun da Svetkovu transfer etmək istədiyi bildirilir. Svetkovun "Xəzər-Lənkəran"la 2010-cu ilədək nəzərdə tutulan müqaviləsi var.
Quluzadə deyib ki, hələki Svetkovun "Neftçi"yə keçidi ilə bağlı futbolçu ilə danışığımız olmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]