...

Azərbaycan paytaxtında çörək sexində baş verən partlayışla bağlı 162-ci maddə ilə cinayət işi açılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 30 Yanvar 2009 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir S.Kazımlı / Bakının Nərimanov rayonu ərazisində yerləşən sexdə baş verən partlayışla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma (162-ci) maddəsi ilə cinayət işi açılıb, cümə günü Trend -a Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev bildirib.

Bakının Nərimanov rayonu ərazisində yerləşən sexdə partlayış baş verib, hadisə zamanı yaralananlar var, daha öncə Trend -a Nərimanov rayon Polis İdarəsinin 16-ci polis bölməsindən məlumat verilib.

Məlumata görə, hadisə keçmiş Karl Marks meydanının yaxınlığında yaşayış binasının zirzəmisindəki çörək sexində baş verib.

Polis bölməsindən bildiriblər ki, 16 mərtəbəli binanın zirzəmisində yerləşən çörək sexində baş verən partlayış nəticəsində, ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar, xilasedicilər və təcili tibbi yardım maşınları gəlib.

Quliyev partlayış nəticəsində 3 nəfərin yaralandığını təsdiqləyib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti