...

Böyük Zirə adasında (Bakı yaxınlığında) kurort kompleksi inşa olunacaq

Cəmiyyət Materials 2 Fevral 2009 17:40 (UTC +04:00)
Böyük Zirə adasında (Bakı yaxınlığında) kurort kompleksi inşa olunacaq

Azərbaycan, Bakı, 02 fevral/ Trend , müxbir B.Həsənov/ Bakı yaxınlığında Böyük Zirə (keçmiş Nargin) adasında enerji istehlakı və atmosferə karbon qazının atılması sıfır səviyyəsində olan kurort kompleksi tikiləcək.

Sahəsi bir milyon kvadrat metr olan ekokurortun dizaynının hazırlanması ilə Danimarkanın Bjarke Ingels Group şirkəti məşğul olur, - layihənin sifarişçisi olan AVROSİTİ şirkətinin vitse-prezidenti Oğuz Ərkan bazar ertəsi Trend -a bildirib.

Kurort adanın təbii relyefi ilə birləşəcək Azərbaycanın yeddi dağ zirvəsi formasında inşa ediləcək komplekslərdən ibarət olacaq, - Oğuz bildirib. Onun sözlərinə görə, tikinti milli memarlıq ənənələrini özündə əks etdirəcək. Adada 300 villa, qolf-klub, çimərlik kompleksi və s. inşa ediləcək. Ekokurortun tikililərinin qızdırılması və sərinləşdirilməsi üçün enerji günəş şüaları, külək və sudan alınacaq.

Bu yer ekoturizmi qiymətləndirənlər üçün ideal yer olacaq, - Ərkan hesab edir.

Ekokurortun Baş planı fevralın 21-də Danimarka Memarlıq Mərkəzində keçiriləcək sərgidə nümayiş olunacaq, - vitse-prezident qeyd edib.

Layihənin dəyəri hələlik açıqlanmasa da, bir neçə milyard dollar qiymətləndirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti