...

AFFA prezidenti Azərbaycan yığma komandalarının uğursuz çıxış etməsində klubları günahlandırıb

Cəmiyyət Materials 4 Fevral 2009 15:31 (UTC +04:00)
AFFA prezidenti Azərbaycan yığma komandalarının uğursuz çıxış etməsində klubları günahlandırıb

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev yığma komandaların uğursuz çıxış etməsində klubları günahlandırıb.

"Əksər hallarda futbolçular klublardan milli komandaların düşərgələrinə hazırlıqsız gəlir və bu, yığmaların hazırlıq prosesinə mənfi təsir göstərir", - Trend -un məlumatına görə, çərşənbə günü assosiasiyada Azərbaycan Premyer-Liqasında iştirak edən klubların rəhbərləri ilə görüşündə Abdullayev deyib.

Futbol üzrə Azərbaycanın əsas milli komandası hazırda Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışı keçir.

Azərbaycan yığması DÇ-2010-nun seçmə mərhələsində uğursuz çıxış edərək, keçirdiyi üç oyunda cəmi 1 xal qazanıb.

Azərbaycanın əsas yığma komandası, həmçinin, 17 və 21 yaşlılardan ibarət komandalara Almaniyadan olan məşqçilər rəhbərlik edirlər.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti