...

Aktyor Bəhram Bağırzadənin qızı dama üzrə Azərbaycan çempionatının mükafatçısı olub

Cəmiyyət Materials 13 Fevral 2009 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend Life, müxbir E.Hüseynzadə/ Azərbaycanın məşhur aktyoru Bəhram Bağırzadənin qızı Tahirə Bağırzadə cümə axşamı şahmat məktəbində gənclər arasında keçirilən dama üzrə Azərbaycan cempionatında ikinci yerə layiq görülübb.10 yaşa qədər dama oyunçuları arasında mübarizə apardığından 6 yaşlı Tahirənin uğuru gözlənilməz olub. "Mən Yasamal rayonu dama məktəbinin müəllimləri Eldar və İbrahim müəllimə öz təşəkkürümü bildirirəm, - sevincək Bağırzadə Trend Life-a bildirib, - ümumiyyətlə, qızım iki aydır ki, dama ilə məşğul olur". Keçən ayda da Tahirə Bakı üzrə dama çempionatında ikinci yerə layiq görülüb. Dama oyununu Tahirəyə Bağırzadə özü öyrədib və qızının bu oyuna marağı olduğundan onu dama məktəbinə qoyub. Tahirə 23 nömrəli məktəbin birinci sinif şagirdidir. Maraqlıdır ki, yarışda Bağırzadənin oğlu beş yaşlı Cavid də iştirak edib və bacısından fərqli olaraq o, axırıncı yeri tutub. O, öz uğursuzluğunu oyun vaxtı fikrinin başqa yerdə olması ilə atasına izah edib.

"Mənim ona verdiyim, fikirin harda idi sualına o, teatrda deyə cavab verdi. Şəxsən mən beş yaşımda teatr barədə düşünməmişəm", - Bağırzadə deyib. 

İndi məşhur aktyor, "Parni iz Baku" KVN komandasının priması, oğlunu dram dərnəyinə verib-verməməsi barədə fikirləşir. Yeri gəlmişkən, uşaqları yarışarkən Bağırzadə qonşu otaqda şahmat oynayıb və keçirtdiyi 12 oyunun heç birində məğlub olmayıb.

Məqalənin müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti