...

Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadə vəfat edib

Cəmiyyət Materials 13 Fevral 2009 22:54 (UTC +04:00)
Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadə vəfat edib

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir Vüqar İmanov/
Bu gün uzun sürən xəstəlikdən sonra Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadə vəfat edib. Bu haqda Trend Life-a şairin ailəsindən xəbər veriblər.
 "Mən dövrümüzün böyük ustadı, xalq şairi, ictimai xadimin poeziyasını "əzabkeş düşüncəsinin poeziyası, dünya, insan poeziyası, eləcə də sevgi və azadlıq poeziyası" kimi, sevgi lirikasını isə "zaman və məkana sığmayan ürək yanğısı" kimi dəyərləndirirəm" - deyə Trend Life-a AMEA-nın Nizami adına ədəbiyyat institutunun direktoru, akademik Bəkir Nəbiyev söyləyib.
Müsahibələrin birində Bəxtiyar Vahabzadə deyirdi: "Mənim üç mövzum var: insan və zaman, "rəngbərəng güllər" sırasından müxtəlif növ şerlər və kədər haqda mahnılar. Lakin ürəyimdə ən gizli arzum "Gülüstan" poemasını yazdığım vaxtlardan var. Əsas mövzulardan biri mənim üçün Cənubi Azərbaycandır. Mən vətənimi tapdalanmış görmək istəmirəm. İranda olanda Təbrizə getdim. Ürəyim ağrıdı. Mağazalara baxdım, Şəkidəki kimi idilər. Lakin orada soydaşlarımın əlləri-qolları bağlıdır, başları aşağıdır. Mənim üçün bu, böyük dərddir. İnşallah Təbrizi, Qarabağı Azərbaycanla bir yerdə görərik! Qoy o gün gəlsin ki, siz mənimlə Şuşada söhbət edəsiniz... "
Xalq şairi Bəxtiyar Vahabzadə 1925-ci ilin avqustun 16-da Şəki şəhərində anadan olub. Onun əsərləri bir çox dünya dillərinə tərcümə olunub. Şairin yaradıcılıq yolu İkinci Dünya Müharibəsi dövründən başlayıb. 1945-ci ildə o Azərbaycanın Yazıçılar İttifaqının üzvü olub və eyni zamanda 40 il BDU-da dərs deyib. 1980-ci ildə Vahabzadə Azərbaycan Elmlər Akademiyasının müxbir-üzvü olub. Yalnız Bəxtiyar Vahabzadə dissident əsərini yarada bilib. "Gülüstan" adlandırılan poemada Rusiya ilə İran arasında bölünmüş Şimali və Cənubi Azərbaycan haqda bəhs olunurdu. Bu əsərə görə Vahabzadə SSRİ hökuməti tərəfindən təqiblərə məruz qalıb.
Bəxtiyar Vahabzadə beş dəfə respublikanın xalq deputatları Ali Sovetinə deputat seçilib.
Bəxtiyar Vahabzadə filoloji elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, SSRİ Dövlət mükafatının laureatıdır. "Müstəqillik" ordeni ilə təltif olunub.
ALLAH rəhmət eləsin

Xəbər lenti

Xəbər lenti