...

Xocalı soyqırımı haqqında kino çəkiləcək

Cəmiyyət Materials 14 Fevral 2009 13:34 (UTC +04:00)

Xocalı soyqırımı haqqında "Sürgündəki Vətən" adlı kino çəkiləcək. Bu barədə Türkiyənin "Vatan" qəzeti məlumat verib.  

Çəkiləcək kinonun büdcəsi beş milyon dollar təşkil edir. Kinodan əldə olunacaq gəlirin 3 faizi Xocalı soyqırımında yetim qalmış insanlara bağışlanacaq. Kinonun rejissoru türkiyəli Kasım Gültekindir. Kinoda istifadə olunacaq texniki ləvazimatlar isə türk rejissorunun "Hollywood"dan olan şəriki tərəfindən təmin ediləcək. Gültəkin bildirib ki, kinoda Azərbaycandan və Türkiyədən məşhur aktyorlar rol alacaqlar. Avropada yaşayan məşhur türk boksçusu Kazım Çarmanın da kinoda rol alacağı gözlənilir. Çəkilişlərdə ən müasir kino texnikasından istifadə olunacağı və çəkilişlərin Azərbaycan və Türkiyədə həyata keçiriləcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti