Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Fidan Ağasıyeva Rusiyanın Moskva şəhərində təşkil olunan "Aeroflot Open" turnirinə qələbə ilə start verib. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.
Ağasıyeva turnirdə ilk qələbəsini Yaponiya təmsilçisi Kenşin Matsimoya ilə görüşdə qazanıb. O, "Aeroflot Open"in "C" adlanan turnirində iştirak edir.
"Aeroflot Open" turnirində iştirak edən digər azərbaycanlı şahmatçılar - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli isə ilk turda heç-heçə ediblər.
Hər üç şahmatçı "Aeroflot Open"in "A" adlanan turnirində mübarizə aparır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]