...

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi istefaya göndərilib

Cəmiyyət Materials 23 Fevral 2009 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir R.Ergün/ Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun almaniyalı baş məşqçisi Mixael Skibbe istefaya göndərilib. Bu barədə bazar ertəsi Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

"Qalatasaray" dünən Türkiyə Superliqası çərçivəsində azərbaycanlı futbolçu Rəşad Sadıqovun çıxış etdiyi "Kocaelispor"la oyunda böyük hesabla (2:5) məğlub olub.

"Qalatasaray"ın "Ali Sam Yen" stadionunda keçirilən oyundan sonra klub rəhbərliyi baş məşqçinin istefası barədə qərar qəbul edib.

Skibbe "Qalatasaray"ın baş məşqçisi vəzifəsinə 2008-ci ilin yayında təyin olunub.

"Qalatasaray" klubunun rəhbərliyinin baş məşqçi vəzifəsinə Karl Haynts Feldkamp, Cavad Güler və ya Georgi Hacini təyin edəcəyi gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti