...

Azərbaycanda Futbol Akademiyasının açılışı olub (Video)

Cəmiyyət Materials 23 Fevral 2009 15:41 (UTC +04:00)
Azərbaycanda Futbol Akademiyasının açılışı olub (Video)

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir R.Ergün/ Bazar ertəsi Azərbaycanda ilk dəfə olaraq inşa edilən Futbol Akademiyasının açılışı olub.

Futbol Akademiyasının təməli 2008-ci ildə qoyulub. Təməlqoyma mərasimində UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Jozef Blatter iştirak edib.

Trend -un məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev bildirib ki, akademiyanın tikintisində maliyyə vəsaitinin 60 faizini UEFA, 40 faizini isə AFFA ödəyib.

"Futbolumuzda böyuk inkişaf var. Olimpiya kompleksleri, stadionlar tikilib və istifadəyə verilib. Akademiyanın yaradılması futbolun inkişafına təsir edəcək", - Abdullayev əlavə edib.

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) ərazisində inşa edilmiş Akademiyanın açılışında çıxış edən UEFA-nın türkiyəli vitse-prezidenti Şenef Erzik isə bildirib ki, Akademiyada Azərbaycanın regionlarından gələnlər futbolun sirrini öyrənəcəklər. Bu da Azərbaycanda futbolun inkişafı üçün əhəmiyyətlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti