...

Azərbaycanda Uşaq Zorakılığına qarşı Monitorinq Qrupu yaradılıb

Cəmiyyət Materials 26 Fevral 2009 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir K.Zərbalıyeva / Azərbaycanda Uşaq Zorakılığına qarşı Monitorinq Qrupu yaradılıb.

Helisinki Vətəndaş Assambleyasından cümə axşamı Trend -a verilən məlumata görə, Assambleyanın Uşaq Komissiyası, Azərbaycan Uşaqlar Birliyi, "Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlar Birliyi, "Dalğa" Gənclər Hərəkatı, Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsi (AzNAN) və müxtəlif qəzetlərdə çalışan jurnalistlərdən ibarət təsis edilən yeni qurumun yaradılmasında məqsəd uşaq zorakılığına qarşı birgə mübarizə aparmaqdır.

Qrup internat məktəblərində, uşaq evlərində monitorinq aparacaq, küçə uşaqlarının vəziyyəti ilə maraqlanacaq. Hüquq-mühafizə orqanları ilə birgə əməliyyatlar da keçirməyi planlaşdıran Monitorinq Qrupu ictimai əsaslarla fəaliyyət göstərəcək və yalnız uşaq hüquqlarının qorunması ilə məşğul olacaq.

Monitorinq Qrupu ilk iclasını gələn həftə keçirilməyi nəzərdə tutub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti