...

Xarici ölkələrdə cəza çəkən və istintaq altında olan 86 şəxs Azərbaycana gətirilib

Cəmiyyət Materials 3 Mart 2009 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend ,müxbir K.Zərbalıyeva / Ötən il xarici ölkələrdə cəza çəkən və istintaq altında olan 86 şəxs Azərbaycana gətirilib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend -a bildirilib ki, onlardan 41-i məhkum, 45-i təqsirləndirilən şəxs olub.

Azərbaycana gətirilən məhkumların böyük əksəriyyəti (76) Rusiyanın cəzaçəkmə müəssisələrində saxlanılanlardır.

Sonrkı yerlərdə Belarus, Ukrayna, Gürcüstan dayanır.

2008-ci ildə Azərbaycanda cəza çəkən 50 əcnəbi məhkum cəzasının qalan hissəsini çəkmək üçün öz ölkəsinə təhvil verilib.

Onlardam 37-si İran, 10-u Rusiya, 3-ü Gürcüstan vətəndaşlarıdır.

Azərbaycanın cəzaçəkmə müəssisələrində 500-ə yaxın əcnəbi məhkum cəza çəkir və onların böyük əksəriyyəti İran (112), Gürcüstan (129) və Rusiya (98) vətəndaşlarıdır.

Azərbaycanda cəza çəkən iranlı məhkumların böyük qismi narkotika cinayətlərinə görə məhkum olunanlardır.

Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Zavər Qafarov ötən ilin sonunda verdiyi məlumatda bildirmişdi ki, nazirliyə məhkumların verilməsi ilə bağlı edilən müraciətlərin böyük əksəriyyəti Rusiyada cəza çəkən vətəndaşlarımızla bağlıdır. İdarə rəisi bunu Rusiyada yaşayan vətəndaşlarımızın sayının çoxluğu ilə izah edib.

Məhkumların verilməsi ilə bağlı Azərbaycanın İran, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan ilə ikitərəfli müqavilələri var.

Azərbaycan "Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında" Moskva, "Məhkum olunmuş şəxslərin təhvil verilməsi haqqında" Avropa Konvensiyasının iştirakçısıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti