...

Azərbaycanda İosif Stalinin vəfatının ildönümü qeyd olunub

Cəmiyyət Materials 5 Mart 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Şəki, 05 mart / Trend , müxbir X.Əkbərova /

Azərbaycanın Qax rayonunun Əlibəyli və Qaxingiloy kəndlərinin gürcü sakinləri keçmiş SSRİ rəhbəri İosif Stalinin vəfatının ildönümü ilə bağlı cümə axşamı rayonda onun abidəsini ziyarət ediblər.

Stalin 1953-cü il martın 5-də vəfat edib.

Əlibəyli sakinləri bildiriblər ki, kənddə Stalinin heykəli milliyyətcə gürcü olan həmin kənd sakini İosif Amzaşvilinin təşəbbüsü ilə qoyulub. Həmin illərdə Əlibəyli kənd sovetinin sədri işləyən Amazaşvilinin dediyinə görə, heykəlin ayaq hissəsində betonun içinə bir şüşə çaxır da qoyulub.

Qax rayonunun adıçəkilən hər iki kəndində ucaldılan Stalinin heykəli hər il martın 5-də, onun vəfatı günü ziyarət edilir.

Bu kəndlərin milliyyətcə gürcü sakinləri Stalinin heykəlini qorumaqla yanaşı, hər il ətrafda təmir işləri də aparırlar.

Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Qax paytaxt Bakıdan 432 km. məsafədədir.

Stalin 1879-cu ilin dekbarın 9-da Gürcüstanın Qori şəhərində anadan olub. 1922-ci ilin aprelində SSRİ Mərkəzi Komitəsinin baş katibi seçilib. 1953-cü ilə qədər bu vəzifədə işləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti