Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) cümə axşamı iclasda "ATV İnternational" televiziya kanalına altı il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.
"Azad Azərbaycan" Teleradio Yayım Şirkətinə (ATV) məxsus yeni kanal birbaşa peyk vasitəsilə yayımlanacaq, - MTRŞ-nın yaydığı məlumatda bildirilib.
Azərbaycanda 21 telekanal fəaliyyət göstərir. Onların 8-i bütün ölkə ərazisində, 13-ü ayrı-ayrı bölgələrdə yayımlanır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]