...

AFFA iki FİFA referisini hakimlikdən rəsmən uzaqlaşdırıb

Cəmiyyət Materials 16 Mart 2009 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Məmmədov /  

Peşəkar Futbol Liqasının və AFFA Hakimlər Komitəsinin apardığı araşdırmaların nəticəsini əsas götürərək, AFFA Hakimlər Komitəsi FİFA referesi Babək Quliyev və futzal üzrə FİFA referisi Anar Niyazov keçirilən bütün yarışlarda hakimlikdən uzaqlaşdırıb, bazar ertəsi Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından məlumat verilib.

AFFA Hakimlər Komitəsinin "Nizam-İntizam Kodeksi"nin 1-ci maddəsinin "h" bəndinə uyğun olaraq, hakim adına xələl gətirən nöqsanlara yol verdiklərinə görə hər iki hakim oyunları idarə etməkdən uzaqlaşdırılıblar.

Ötən həftə mətbuatda Quliyev və Niyazovun adı korrupsiyada hallandırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti