...

"İrəli" İctimai Birliyi dünya dövlətlərini Ermənistana münasibətdə obyektiv qərarlar qəbul etməyə çağırır

Cəmiyyət Materials 31 Mart 2009 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir C.Babayeva /

"İrəli" İctimai Birliyi bütün dünya dövlətlərini haqq-ədalətin bərpası üçün daha obyektiv qərarlar qəbul etməyə, bu tarixi ədalətsizliyə son qoymağa, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırım aktlarına hüquqi və siyasi qiymət verməyə çağırır.
Bu barədə "İrəli"nin 31 mart azərbaycanlıların Soyqırım Günü ilə bağlı bəyanatında bildirilir.

"İrəli" İctimai Birliyi çərşənbə axşamı Soyqıprım Günü münasibətilə etiraz aksiyası keçirib.

Bəyanatda bildrilir ki, minlərlə azərbaycanlı Ermənistan tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda aparılan və Azərbaycanın dinc əhalisinin məhvinə yönəldilən terror siyasətinin qurbanları olub. 

XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox insan öz doğma yurd-yuvasından didərgin salınıb, 20 min nəfər qətlə yetirilib, torpaqlarımızın 20 faizi işğal olunub, Xocalıda törədilən soyqırım nəticəsində bu şəhərin 600-dən çox dinc sakini qətlə yetirilb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti