...

"Qarabağ" klubu ev oyunlarını Ağdamda keçirəcək

Cəmiyyət Materials 15 Aprel 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Qarabağ" klubunun ev oyunlarının Ağdam rayonunda keçirilməsinə razılıq verib.

"Regionlarda futbolun inkişafı, kütləviliyinin artırılması baxımından "Qarabağ" klubunun ev oyunlarının Ağdam rayonunda keçirilməsinə AFFA rəhbərliyi müsbət yanaşır. Əgər Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən stadion Peşəkar Futbol Liqasının tələblərinə uyğun gələrsə, AFFA rəhbərliyi "Qarabağ" FK-nın ev oyunlarının həmin stadionda keçirilməsini müsbət addım sayır", - çərşənbə günü AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

"Qarabağ" Futbol Klubunun ev oyunlarının Ağdam rayonunda keçirilməsi ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmişdi.

"Qarabağ" indiyədək ev oyunlarını Bakıda keçirirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti