...

Leyla Əliyeva Ümumrusiya gənclər ictimai təşkilatı olan "Rusiyanın Azərbaycan gənclər təşkilatı"nın sədri seçilib

Cəmiyyət Materials 18 Aprel 2009 21:52 (UTC +04:00)
Leyla Əliyeva Ümumrusiya gənclər ictimai təşkilatı olan "Rusiyanın Azərbaycan gənclər təşkilatı"nın sədri seçilib

Rusiya, Moskva, 18 aprel / Trend müxbir İ.Bragina/ Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının Gənclər Forumunun koordinatoru Leyla Əliyeva Ümumrusiya gənclər ictimai təşkilatı olan "Rusiyanın Azərbaycan gənclər təşkilatı"nın (RAGT) sədri seçilib. Qurumun təsis konfrası şənbə günü Moskvada keçirilib.

Çıxışı zamanı Leyla Əliyeva təşkilatın sədri vəzifəsinə seçildiyinə görə konfrans iştirakçılarına öz minnətdarlığını bildirib. O qeyd edib ki, yeni vəzifəsində də Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını təmsil etməkdə davam edəcək.

Leyla Aliyeva həmçinin Rusiya kimi böyük dövlətdə yaşayan Azərbaycan gəncliyinin birləşməsinin vacibliyini önə çəkib.

Qurumun təsis konfransında 300-dən 296 nümayəndə iştirak edib. Konfransda təşkilatın nizamnaməsi qəbul edilib, habelə idarə heyəti və nəzarət-təftiş komissiyasının üzvləri seçilib.

Konfransın yekunlarına əsasən RAGT-in Rusiya ictimaiyyəti və gəncliyinə müraciəti qəbul olunub. Müraciətdə təşkilatın təsis edilməsinin əhəmiyyəti vurğulanır. "Həqiqətən də böyük təşkilati işlər görülüb. Bu işlər sıramızda Rusiyanın 65 subyektindən olan gənclərin birləşməsinə imkan yaradıb" - deyə müraciətdə qeyd olunub.

Sənəddə həmçinin təşkilatın prioritetləri barədə bildirilir. "Biz açıq şəkildə öz prioritetlərimizi bəyan edirik. Çünki onlar çoxmillətli dövlətin maraqlarına tamamilə cavab verir. Prioritetimizdən biri savadlı, öz Vətənini bilən və onunla fəxr edən gəncliyin formalaşdırılmasıdır" - deyə müraciətdə vurğulanıb.

Konfransa Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Tomsk, Vladivostok, Sankt-Peterburq, Çelyabinsk, Rostov-na-Donu və Ufadan olan nümayəndələr qatılıb.

Təsis konfransından sonra böyük konsert keçirilib. Konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclis deputatı Mehriban Əliyeva də olub.

Xəbər lenti

Xəbər lenti