...

Azərbaycanlı millət vəkili haqda ölüm fitvası verənlərə hökm oxunub

Cəmiyyət Materials 21 Aprel 2009 15:08 (UTC +04:00)
Azərbaycanlı millət vəkili haqda ölüm fitvası verənlərə hökm oxunub

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanlı millət vəkili haqda ölüm fitvası verdiyi üçün həbs olunmuş nardaranlılara hökm oxunub.

Həbs olunmuş nardaranılıarın vəkili Əlövsət Ağamoğlanov çərşənbə axşamı Trend -a bildirib ki, Sabunçu rayon məhkəməsinin hökmü ilə Hacı Əli Hüseynova və Hacı Hikmət Vəliyevə bir il azadlıdan məhrumetmə cəzası verilib.

Dövlət ittihamçısı isə təqsirləndirilənlərin hər birinə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.

Trend -un arayışı: 2009-cu il yanvarın 9-da Bakı şəhəri, Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında keçirilən mitinqdə kənd ağsaqqalı kimi adı çəkilən Hacı Əli Hüseynov çıxış edərkən Vətəndaş Həmrəyliyi Patiyasının sədri, millət vəkili, xalq şairi, DAK həmsədri Sabir Rüstəmxanlının ünvanına nalayiq sözlər işlətmiş, onu terrorla hədələmişdi.

Digər təqsirləndirilən Hacı Hikmət Vəliyev isə aksiyada millət vəkili Rüstəmxanlının başına 50 min manat pul qoyduğunu, onu öldürənin bu mükafata sahib olacağını bəyan etmişdi.

Aksiya zamanı kənd ağsaqqalları Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiyini, bununla millətə xəyanət etdiklərini deyib.

"Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan "Səhər" (İran kanalı nəzərdə tutulur - red.) kanalına böhtan atır. Bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqalarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artırar" - etiraz aksiyasında açıqlanıb.

Faktla əlaqədar  Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134-cü) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinnin istintaqını DİN-in Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti