...

Sumqayıt şəhərində yaxın zaman ərzində kimyəvi tullantılar qalmayacaq – nazir

Cəmiyyət Materials 24 Aprel 2009 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, Sumqayıt şəhərində (paytaxt Bakıdan 35 kilometr aralı) yaxın 3-4 il ərzində kimyəvi tullantılar qalmayacaq.

"Sumqayıtda civə tullantıları tamamilə daşınıb qurtarıb. Başqa tullantıların daşınması ilə bağlı layihələr hazırlanır", - Trend -un məlumatına görə, cümə günü nazir Hüseyn Bağırov mətbuat konfransında bildirib.

Trend -un arayışı: Azərbaycanın Sumqayıt şəhərində yerləşən stasionar çirkləndirmə mənbələrindən il ərzində atmosferə 10 min tondan çox zərərli tullantılar atılır. Şəhərin atmosfer hövzəsinə atılan çirkləndirici maddələrin əsas hissəsi hazırda "Alüminium" istehsal sahəsinin payına düşür. Bundan əlavə atmosferi "Azkompozit" müəssisəsinin tullantılarının müvafiq poliqonda yandırılması zamanı ayrılan qazlar da çirkləndirir.

Nazirin sözlərinə görə, bütövlükdə Sumqayıtdan bir neçə yüz min tullantı daşınıb. "Tullantılar xüsusi təhlükəli tullantılar üçün tikilmiş poliqonda basdırılıb. Poliqon dolmaq üzrədir və yeni poliqonun tikilməsinə başlanılıb", - Bağırov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti