...

Azərbaycanda maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan QHT-lərin layihələri barədə qərar qüvvədə saxlanılıb

Cəmiyyət Materials 28 Aprel 2009 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanda maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 12 QHT-nin şikayətlərinin araşdırılması başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya Komissiyasının çərşənbə günü keçirilən iclasında hər bir şikayət üzrə ayrılıqda qərar qəbul edilib. Komissiya 12 QHT-nin təqdim etdiyi layihələrin maliyyələşdirilməməsi haqqında Şuranın əvvəlki qərarını qüvvədə saxlayıb. Bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaydığı məlumatda bildirilib.  

Trend -un arayışı: 2009-cu ildə elan olunan maliyyə müsabiqəsində iştirak etmək üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına 569 QHT-dən layihələr təqdim olunub. Bu QHT-lərin 212-si 2008-ci il maliyyə yardımı müsabiqəsində iştirak edib. 357 QHT isə müsabiqəyə ilk dəfə layihə təqdim edib. Müsabiqənin nəticələrinə görə, 226 layihə qalib elan olunub və onlara 1 milyon 848 min manat veriləcək.

Bəzi QHT-lər maliyyə müsabiqəsinin şəffaf keçirilmədiyini iddia ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti