...

Təhsil Nazirliyində təhlükəsizliyin təmin edilməsi üzrə xüsusi qurumun yaradılmasına ehtiyac yoxdur – nazir

Cəmiyyət Materials 7 May 2009 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir C.Babayeva /

Təhsil Nazirliyində təhsil müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə xüsusi strukturun yaradılmasına heç bir ehtiyac yoxdur. Bu bardə cümə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, qısa vaxt ərzində xüsusi təhlükəsizlik orqanları hesabına bütün təhsil müəssisələrinin təhlükəsizliyi təmin ediləcək.

Aprelin 30-da səhər silahlı şəxs Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda atəş açmağa başlayıb. Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə bəyanatına görə, ADNA-ya silahlı hücum nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Hadisəni "Makarov" tipli tapanca ilə 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu törədib. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Qədirovun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Mərdanov bildirib ki, hazırda Azərbaycanın bütün təhsil müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi üzrə ciddi iş aparılır.

"Hazırda bütün təhsil müəssisələrinin rəhbərləri təhlükəsizliyin təmin edilməsi məsələsinə məsuliyyətlə yanaşırlar", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -   [email protected]

Xəbər lenti

Xəbər lenti