Azərbaycan, Bakı, 10 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Bakıda sökülən məscidin qanunsuz tikildiyini bəyan edib.
"Bakıda məscid yox, qanunsuz tikili sökülüb. Həmin məscidə kimin Peyğəmbər adını verməsi də bizə məlum deyil. Tikili qanuni əsaslarla sökülüb", - bazar günü jurnalistlərə komitənin sədri Hidayət Orucov bildirib.
Ötən ayın sonunda Bakıda "Peyğəmbər" məscidi sökülüb. Məscidin qanunsuz tikildiyi iddia edilib.
Orucovun sözlərinə görə, tikili bütün məhkəmə instansiyalarının qərarından sonar sökülüb.
"Sadəcə bəzi qüvvələr ojiataj yaratmaq üçün məscidin qanunsuz söküldüyü barədə ictimaiyyətə dezinformasiya ötürür", - Orucov əlavə edib.
Onun sözlərinə görə, tikilinin bir hissəsi İqtisadiyyat Universitetinin, digər hissəsi isə Uşaq Müalicə Müəssisəsinin ərazisinə düşürdü.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]