...

Azərbaycanda 29 dövlət orqanındakı vakant dövlət qulluğu vəzifələrinə elan olunmuş müsabiqənin ikinci mərhələsi başlayıb

Cəmiyyət Materials 12 May 2009 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda 29 dövlət orqanındakı vakant dövlət qulluğu vəzifələrinə elan olunmuş müsabiqənin ikinci mərhələsi mayın 12-də başlayıb.

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan çərşənbə axşamı Trend News-a verilən məlumata görə, test imtahanında uğur qazanmış 539 namizədlə müsahibələr iyulun 21-dək davam edəcək.

Müsabiqənin müsahibə mərhələsində namizədlərin əldə etdikləri nəticələr (həm dövlət orqanları, həm də vakant vəzifələr üzrə) və digər statistik məlumatlar gündəlik olaraq Komissiyanın rəsmi internet saytında yerləşdiriləcək. Eyni zamanda, hər bir namizədə müsahibə nəticəsində müvafiq dövlət qulluğu vəzifəsinə uyğun olub olmadığı barədə SMS-lə məlumat göndəriləcək.

Bu il martın 6-da Komissiya 29 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu aprelin 9-da başa çatıb və 2862  namizəd qeydə alınıb.

Müsabiqənin test imtahanı mərhələsi aprelin 25-də keçirilib.

Bu mərhələdə 539 namizəd (18.83%) uğur qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti