...

Avropada Dağlıq Qarabağ münaqişəsi haqqında yeni kitab nəşr olunub

Cəmiyyət Materials 13 May 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir C.Babayeva /

Avropada Qarabağ münaqişəsi haqqında "Qarabağ müharibəsi: Qafqaz regionunda böhran və münaqişə menecmentliyi" adlı kitab işıq üzü görüb.

Avstriya Müdafiə Nazirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Vyanada Liberal Siyasət üçün Beynəlxalq İnstitutun (Internationales Institut für Liberale Politik) "Münaqişə Menecmentliyi" lahiyəsinin yekunu olaraq dərc olunan bu kitab alman və ingilis dilində elmi məqalələr toplusundan ibarətdir, çərşənbə günü Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib. 

Trend -un arayışı:  İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Almaniya, Avstriya, Rusiya və Türkiyədən olan region üzrə tanınmış mütəxəssislərin hazırladığı kitab son illərdə Azərbaycan-Emənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslərin sistemli təhlilinə dair ilk kollektiv araşdırmadır. Bu layihədə Azərbaycandan olan gənc tədqiqatçı - Almaniyanın Mannhaym Universitetinin siyasi elmlər üzrə doktorantı, Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) üzvü Azər Babayev də iştirak edib. Onun kitabda "Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın baxışı" mövzusunda geniş araşdırması yer alıb. Azər Babayev öz məqaləsində, xüsusilə Azərbaycanın son dövrlərdə regionda artan əhəmiyyətinə və buna paralel olaraq Ermənistanın bölgədəki beynəlxalq əhəmiyyətli layihələrdən təcrid olunmasına toxunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti