...

"İrəli" İctimai Birliyi Azərbaycan gimnastlarına azarkeş dəstəyi göstərəcək

Cəmiyyət Materials 15 May 2009 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir C.Babayeva /

"İrəli" İctimai Birliyi bu gün Bakıda start götürən Bədii Gimnastika üzrə 25-ci Avropa Çempionatında Azərbaycanı təmsil edən komandaya azarkeş dəstəyi göstərəcək.

Bədii Gimnastika üzrə 25-ci Avropa Çempionatı 15-17 may tarixində keçiriləcək.

"İrəli" İB çempionatda öz üzvlərindən ibarət könüllüləri və azarkeşləri cəlb etməklə iştirak edəcək. Könüllülərə, azarkeşlərə və qrup rəhbərlərinə öncədən peşəkarların iştirakı ilə təlim kursları keçirilib. Könüllülər xarici komandaların qarşılanması, yerləşdirilməsi, müşayiət olunması, yola salınması və digər qarşıya çıxacaq məsələlərdə öz dəstəyini göstərəcək, "İrəli" İB-nin cümə günü yaydığı məlumatında bildirilib. 

"İrəli" çempionatın partnyorları arasındadaır. İctimai Birliyin sədri Ceyhun Osmanlı Çempionatın təşkilat komitəsində təmsil olunur.

Trend -un arayışı: "İrəli" İctimai Birliyi üç ildən artıq fəaliyyət göstərmiş eyniadlı Ümumrespublika Gənclər Hərəkatının bazasında yaradılıb. Birliyin sıraları altı min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti