...

Azərbaycanın "Xəzər Lənkəran" klubu altı futbolçu ilə yollarını ayırıb

Cəmiyyət Materials 18 May 2009 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend , A.Hüseynbala /

Azərbaycanın "Xəzər Lənkəran" futbol klubu altı futbolçu ilə yollarını ayırıb.

Bu gün "Xəzər Lənkəran" rəhbərliyi məşqçi və futbolçu heyəti ilə birgə toplantı keçirib. Mövsümün yekunlarına həsr olunan iclasın sonunda komandadan ayrılacaq futbolçuların siyahısı açıqlanıb.

Gələn mövsümdən etibarən Romulo Silvano, Renato Moreyra, Nadir Bençena, Göksel Akıncı, Audrius Veykutis və Klaudio Radukanu "ağ-yaşıllı" formanı geyinə bilməyəcəklər.

Bu futbolçuların əksəriyyəti ilə müqavilələr qarşılıqlı razılaşma əsasında pozulub. Yalnız rumıniyalı Radukanu transferə çıxarılıb.

Qışda müvafiq olaraq "Simurq" və "Karvan"a icarəyə verilən Füzuli Məmmədovla Alim Qurbanovun gələcək taleyinə də aydınlıq gəlib. İqor Ponomaryovun başçılıq etdiyi məşqçilər korpusu bundan sonra da bu iki futbolçunun xidmətinə ehtiyac görmür. Daha bir sabiq "Xəzər Lənkəran"lı - mövsümün gedişində intizamsız davranışına görə transferə çıxarılmış Emin Quliyevin taleyinə də bu yay aydınlıq gələcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti