...

Azərbaycanın məktəb direktorlarına Sinqapurda təlim kursu keçmək şansı təqdim olunub

Cəmiyyət Materials 2 İyun 2009 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın məktəb direktorlarına Sinqapurda təlim kursu keçmək şansı təqdim olunub.

Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) çərçivəsində bu ölkənin hökuməti tərəfindən maliyyələşdirilən 27 iyul-7 avqust tarixlərində "Təhsil Proqramında Liderlər" adlı təlim kursu keçiriləcək.  

Kursun məqsədi dünyada təhsil formasının dəyişilməsini nəzərə alaraq, məktəb liderlərinin liderlik düşüncəsinin dəyişikliklərindən xəbərdar olmalarına və köhnə bürokratik idarə qaydalarından imtina etmələrinə yardımçı olmaqdır, çərşənbə axşamı Təhsil Nazirliyinin məlumatında bildirilib.  

Təlim kursunda iştirak etmək istəyən namizədlərə dair tələblərə əsasən, ən azı üç il təcrübəsi olan məktəb direktorları, təhsili idarəetmə orqanlarının əməkdaşları və müəllimlər ingilis dilini bilməli, yaş həddi 50-dək, fiziki cəhətdən sağlam olmalıdırlar.  

Sinqapurda yerli nəqliyyat və mehmanxana xərcləri, yerləşdirmə, təlim haqqı, gündəlik xərclər və tibbi sığorta dəvət edən tərəfin, beynəlxalq nəqliyyat xərcləri isə iştirakçının hesabına ödəniləcək.

Namizədlər proqram haqqında əlavə məlumatı və ərizə formalarını Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən əldə edib doldurulmuş ərizə formalarını iyun ayının 10-dək təqdim etməlidirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti