Qazaxıstan, Astana, 09 iyun / Trend , müxbir K.Konırova /
Qazaxıstanda 2011-ci ilə kimi idman telekanalının açılışı planlaşdırılır, bu barədə Astanada dünən idman və turizm naziri Temirxan Dosmuhambetov bildirib.
"Hazırda biz Mədəniyyət Nazirliyi və hökumət ilə idman telekanalının yaradılması üzrə işlər aparırıq", -deyə Temirxan Dosmuhambetov Məclisdə hökumət saatı çərçivəsində deputatların suallarını cavablandırarkən bildirib.
O əlavə edib ki, bu məsələ Qazaxıstanda 2011-ci ildə baş tutacaq Asiya oyunlarından öncə öz həllini tapacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]