...

Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklər insan haqları sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına yönəldilib - nazir müavini

Cəmiyyət Materials 12 İyun 2009 13:02 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklər insan haqları sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına yönəldilib - nazir müavini

Azərbaycan, Bakı, 12 iyun / Trend , müxbir E.Ostapenko /

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov hesab edir ki, Azərbaycan Konstitusiyasına edilən son dəyişikliklər insan hüquq və azadlıqları sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına yönəldilib.

"Bu islahatlar dövlətin sosial istiqamətinin gücləndirilməsinə, eyni zamanda insan hüquq və azadlıqları sahəsində fəaliyətin səmərəliliyinin artırılmasına , ali dövlət orqanlarının, məhkəmə və bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə yönəldilib", - deyə Xələfov BMT-nin Azərbaycan üzrə universal dövri icmalının nəticələrinə Cenevrədə baxılması zamanı bildirib.

Onun sözlərinə əsasən, Azərbaycan universal dövri icmal mexanizminə böyük diqqət ayırır. Hesabatın hazırlanmasına müxtəlif nazirliklərin və müəssisələrin nümayəndələri, Ombudsman Aparatı və vətəndaş cəmiyyətinin subyektləri cəlb olunublar.

"Konstitusiyaya dəyişikliklərin edilməsi nəticəsində şəxsi və ailə həyatıına qanunsuz müdaxilə edilməsinə qadağa qoyulması, uşaq haqları, dini azadlıq və informasiya əldə olunması barədə mövcud olan müddəalar genişləndirilib", - deyə Xələfov bildirib.

"Normativ hüququ bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi məqsədilə, həmçinin dövlət orqanları və bələdiyyələrin fəaliyyətində transparentliyin artırılması istiqamətində addımlar atılıb, eləcə də prezidentin sərəncamı və 2007-2011-ci illər üçün nəzərdə tutulmuş Milli plana əsasən korrupsiya ilə mübarizə və şəffaflığın artırılması üzrə milli strategiyanın qəbul edilməsi yolu ilə", - Xələfov qeyd edib.  

Onun sözlərinə əsasən, Azərbaycan qadınlara qarşı zorakılığın bütün formalarının qarşısının alınması üzrə görüləcək  tədbirlərə dair tövsiyələrlə də razılaşıb. "Bununla əlaqədar olaraq hökumət sosial və iqtisadi xarekter daşıyan tədbirlərin həyata keçirilməsinə və qadınlara qarşı bütün zorakılıq formalarının aradan qaldırılması məqsədilə dövlət qanunvericiliyinə əlavələr edilməsinə başalayıb", - deyə Xələfov bildirib.  

"Cinsi ayrıseçkiliyin müəyyən edilməsi üzrə gender bərabərliyi haqqında 2006-cı ildə qəbul edilmiş qanun daha da gücləndirilib. Bu qanun hazırda "bərabər hüquqların tətbiqinə mane olan və məhdudlaşdıran hər hansı bir differensiasiya və cinsi təsəvvürlərə görə üstünlük hallarını" aydınlaşdırır", - Xələfov deyib.

Onun sözlərinə əsasən ailə zorakılığının qarşısının alınması barədə qanun layihəsinə hazırda Milli Məclisdə (parlamnetdə) baxılır.

"Bundan əlavə Azərbaycanda bədən xəsarəti və uşaqlara qarşı amansız davranışın qadağan edilməsi istiqamətində bir sıra addımlar atılması barədə, həmçinin təhsil proqramlarının və seksual və fiziki zorakılığın qurbanı olan  kimsəsiz uşaqların sosial inteqrasiyası üzrə tədbirlərin genişləndirilməsi barədə tövsiyələr qəbul edilib ", - nazir müavini bildirib.

Azərbaycan üzrə keçirilən müzakirələr çərçivəsində çıxış edənlər qeyd ediblər ki, Azərbaycan yoxsulluq ilə mübarizə, təhsil və gender bərabərliyi sahələri də daxil olmaqla bir çox istiqamətlərdə bir sıra müsbət addımlar atıb. Bu kimi praktik tədbirlərin nəticəsi və Azərbaycanın universal dövri icmala yanaşma tərzi insan haqları sahəsinin müsbət inkişafında bütün laızmı şərtləri yaradıb.

Azərbaycan tövsiyələrin çoxunu onlara yenidən baxılamsı zamanı qəbul edib. Çıxış edənlər həmçinin Azərbaycanda miqrantların vəziyyəti, qadınlara qarşı zorakılıq məsələlərinə toxunublar.

Azərbaycandakı vəziyyətlə bağlı müxtəlif ölkələrdən -  Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Əlcəzair, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Misir, Çin və Bəhreyndən nümayəndələr çıxış ediblər. Qeyri-hökumət təşkilatlarından Azərbaycan Respublikasının İnsan Haqqları üzrə Milli Komissiyası,  Human Rights Watch, Cercle de Recherche sur les Droits et les Devoirs de la Personne Humaine, Qadınlar Federasiyası və Ailə Planlaşdırılması, Əl-Hakim Fondu iştirak edib.

Xəbər lenti

Xəbər lenti