...

Azərbaycanın 12 saylı cəzaçəkmə müəssisəsində qiyam olması ilə bağlı yayılan məlumatlar təsdiqlənməyib

Cəmiyyət Materials 16 İyun 2009 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir K.Zərbalıyeva / Azərbycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti (PX) 12 saylı cəzaçəkmə müəssisəsində qiyam olması ilə bağlı yayılan məlumatları təkzib edir.

PX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, iyunun 11-də həmin müəssisədə gündəlik qidanın keyfiyyətsiz olması, məhkumlara qarşı yolverilməz davranış nəticəsində məhkum, idman sahəsində kifayət qədər tanınan Fariz Məmmədovun iştirakı ilə məhkumların kütləvi etiraz aksiyası keçirməsi barədə mətbuatda yanlış məlumat yayılıb.

PX bildirir ki, Fariz Məmmədov 12 saylı müəssisədə saxlanılmır və ictimaiyyət arasında tanınan Məmmədovun adının bu hadisədə hallandırılması yayılan məlumatın həqiqət kimi çatdırılmasına xidmət edir.

PX-nin məlumatında qeyd olunur ki, bütün müəssisələrdə, o cümlədən 12 saylı müəssisədə mütəmadi monitorinq aparmış beynəlxalq qurumlar və yerli qeyri-hökumət təşkilatları tərəfindən məhkumlara verilən qidanın keyfiyyəti və məhkumlarla münasibət yüksək qiymətləndirilib.

"12 saylı müəssisədə heç bir kütləvi məhkum itaətsizliyi baş verməyib, bütün müəssisələrdə olduğu kimi əvvəlcədən planlaşdırılmış rejim xarakterli axtarış-baxış tədbiri keçirilib. Bu tədbirlər müəssisələrdə qadağan olunmuş əşyaların aşkar olunub götürülməsi məqsədilə həyata keçirilir", - deyə məlumatda vurğulanır.

PX hesab edir ki, bu məzmunlu yanlış məlumatların yayılması penitensiar sahədə son illər aparılan islahatlara kölgə salmaq, məhkumlarda və onların qohumlarında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti