...

BMT Azərbaycan QHT-lərinin fəaliyyətinə dəstək verəcək

Cəmiyyət Materials 17 İyun 2009 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun  / Trend , müxbir C.Babayeva/ Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək verəcək.

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi ilə Anlaşma Memorandumu imzalanacaq. Bu barədə razılıq Şura sədri Azay Quliyev və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının (İP) Azərbaycandakı rəhbəri Bruno Puezzanın görüşündə əldə olunub, Trend -un məlumatına görə, çərşənbə günü Şuranın yaydığı məlumatda bildirilib.  

İmzalanması nəzərdə tutulan Memoranduma əsasən, BMT İP Azərbaycanın regional QHT-lərinin fəaliyyətinin səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması üçün Şuraya institusional dəstək göstərəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti