...

Latviya Ermənistanı Dağlıq Qarabağda ekoloji təhlükəsizliyin pozulmasında pisləyir - nazir

Cəmiyyət Materials 25 İyun 2009 13:01 (UTC +04:00)
Latviya Ermənistanı Dağlıq Qarabağda ekoloji təhlükəsizliyin pozulmasında pisləyir - nazir

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir C.Babayeva /

Latviya Ermənistanı Dağlıq Qarabağda ekoloji təhlükəsizliyin pozulmasında pisləyir.

"Latviya təəssüf edir ki, ətraf mühitə dair məsələlərdən dövlətlərarası münasibətlərin gərginləşməsi üçün istifadə edilir. Hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır. Hər hansı bir siyasi məqsəd üçün bundan istifadə edilməsi qəbuledilməzdir", - deyə cümə axşamı jurnalistlərə Bakıda səfərdə olan Latviyanın ətraf mühit naziri Raymonds Veyonis bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ermənistan transsərhəd çaylarıı çirkləndirir, Azərbaycanın işğal olunmuş ərazilərində əkin sahələrini yandırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti