...

Berndə Azərbaycan mədəniyyəti təbliğ olunub

Cəmiyyət Materials 29 İyun 2009 17:38 (UTC +04:00)
Berndə Azərbaycan mədəniyyəti təbliğ olunub

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir C.Babayeva /

İsveçrə paytaxtı Bern şəhərindəki Mədəniyyətlər və Tədris Mərkəzində Azərbaycan gecəsi keçirilib. Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin (AİMM) təşkil etdiyi gecə xalqımızın zəngin mədəniyyətinin təbliği məqsədi daşıyıb. Bu barədə bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

İsveçrəli qonaqların dəvət olunduğu tədbirdə AİMM rəhbəri Qasım Nəsirov Azərbaycan mədəniyyəti, milli musiqisi barədə ətraflı məlumat verib, xüsusilə də Azərbaycan rəqslərinin incəliklərini iştirakçılara izah edib, bir neçə rəqsimizin tarixindən söz açıb. Sonaxanım Əliyeva qonaqlara "Qaval", "Tərəkəmə" və "Ağ çiçəyim" rəqslərini təqdim edib.

Azərbaycanla bağlı daha ətraflı məlumat almaq istəyən isveçrəli qonaqlara bildirilib ki, ölkəmiz haqqında AİMM-in internet saytından geniş məlumat almaq imkanı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti