...

Azərbaycanda müştərilərin pullarını mənimsəyən bank işçilərinə hökm oxunub

Cəmiyyət Materials 3 İyul 2009 15:37 (UTC +04:00)
Azərbaycanda müştərilərin pullarını mənimsəyən bank işçilərinə hökm oxunub

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir H.Bağırov /

Azərbaycanda "Bank Standart"-ın müştərilərinin pullarını mənimsəyən dəstə üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə günü keçirilən prosesdə "Bank Standart"-ın əməkdaşları İlyas İlyasov və Səid Rəhimov, onlarla cinayət əlaqəsinə girən Ruslan Əliyevin hər birinə 6 il 6 ay, Anar Abdullayevə isə 4 il azadlıqdan məhrumetmə cəzası verilib.

Dəstə üzvləri 2007-2008-ci illərdə kompüter informasiyalarına qanunsuz yolla daxil olmaqla, bankın 12 müştərisinin hesabından 300 min manatdan artıq pul çıxarıb.

İlyasov və Rəhimov bankın adına saxta plastik kartlar hazırlamaqda və yaymaqda da ittiham olunurlar.

Dəstə üzvləri ötən ilin noyabrında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti