...

Moskvada Azərbaycan etnomədəni komponentlərindən ibarət ümumtəhsil linqvistik məktəb açılacaq

Cəmiyyət Materials 8 İyul 2009 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , muxbir A.Hüseynbala /

Ümumrusiya Azərbaycan Konqresi Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan etnomədəni komponentlərindən ibarət 940 saylı ümumtəhsil linqvistik məktəb açacaq.

"Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədiniyyətinin də tədris olunacağı bu məktəbdə baza təhsilindən əlavə şagirdlərə ingilis, fransız, alman, ərəb, çin, yapon və türk dilləri də öyrədiləcək", - çərşənbə günü Trend -a Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktorunun birinci müavini İlqar Hacıyev bildirib.

Onun sözlərinə görə, bu məktəbin açılmasında məqsəd tolerantlığı təbliğ etmək, uşaqlarda başqa xalqların dilinə, adətlərinə və mədəniyyətinə hörmət aşılamaq, onlara Azərbaycan və Rusiyanın zəngin dil mədəniyyətini təlqin etməkdir. "Bu məktəbin bazasında mədəni-maarif mərkəzinin açılması da planlaşdırılır. Burada həmçinin günü uzadılmış qruplar, müxtəlif sahələrə aid dərnəklər fəaliyyət göstərəcək. 1000 şagirdin təhsil alacağı bu məktəbi gələcəyin parlaq mütəxəssislərinin ehtiyat mənbəyi də adlandırmaq olar", - Konqresin rəhbərlərindən biri əlavə edib.     

Hacıyev deyib ki, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının bu ölkənin ali təhsil müəssisələrinə qəbulu ilə bağlı keçirilən imtahan artıq geridə qalıb. "İmtahanlar Konqresin xətti ilə keçirilib. Bu il soydaşlarımız üçün Rusiyanın müxtəlif universitetlərində 128 yer ayrılıb. ÜAK-da keçirilən test nəticəsində 100-dək azərbaycanlı gənc Rusiyanın tanınmış ali məktəblərində təhsil almaq üçün Rusiua Təhsil Nazirliyin yanındakı komissiyaya müraciət edib", - direktor müavini vurğulayıb.  

Onun fikrincə, ÜAK-ın əsas məqsədlərindən biri düzğün təhsil proqramı hesabına Rusiyadakı Azərbaycan diasporunun intellektual səviyyəsini yüksəltməkdir. "Qarşımızda duran mühüm vəzifə buradakı azərbaycanlı gənclərin Rusiyanın istimai-siyasi, sosial, mədəni həyatına inteqrasiya etmələri və bu prosesdə onların azərbaycanlıya  məxsus  milli-mənəvi dəyərlərini itirməməsinə çalışmaqdır. Bu məqsədlə Moskvada 157 saylı və 1331 saylı etnomədəni Azərbaycan məktəbləri fəaliyyət göstərir. Lakin həm Moskvada, həm də Rusiyanın digər regionlarında belə məktəblərin sayını artıqmağa real tələbat var", - Hacıyev qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti