...

Azərbaycan jurnalist qadınların Birinci ümumrespublika forumu keçiriləcək

Cəmiyyət Materials 11 İyul 2009 21:28 (UTC +04:00)
Azərbaycan jurnalist qadınların Birinci ümumrespublika forumu keçiriləcək

Azərbaycan, Bakı, 11 iyul / Trend /

İyulun 15-də Bakıda Azərbaycan jurnalist qadınların Birinci ümumrespublika forumu keçiriləcək. Forumun təşkilatçısı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası olacaq. Bu barədə Trend -a Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova məlumat verib.

Forum "Anadolu" restoranlar şəbəkəsinin sponsor dəstəyi ilə, "Ayna-Zerkalo" qəzetinin, TREND və "Xəbərlər-Azərbaycan" ("Новости-Азербайджан") agentliklərin informasiya dəstəyi ilə keçirəcək.

Forumda Mətbuat şurasının sədri Əflatun Amaşov, Türkiyə səfiri Hulusi Kılıç, Ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsinin sədri  Hicran Hüseynova, BMT-nin Azərbaycandakı əlaqələndiricisi cənab Bruno Pouezat və Prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun çıxışı gözlənilir.

Forumun əlaqə telefonu: (050) 648 04 99.

Xəbər lenti

Xəbər lenti