...

"Akkord" Şirkətlər Qrupunun komandası futbol üzrə çimərlik turnirinin qalibi olub

Cəmiyyət Materials 29 İyul 2009 11:37 (UTC +04:00)
Azərbaycanın Çimərlik Futbol Federasiyasının (AÇFF) təşkilatçılığı ilə keçirilən şirkətlərarası “Xəzər kuboku” (Caspian Cup) turnirinin qalibləri mükafatlandırılıb.
"Akkord" Şirkətlər Qrupunun komandası futbol üzrə çimərlik turnirinin qalibi olub

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir A.Hüseynbala / 

Azərbaycanın Çimərlik Futbol Federasiyasının (AÇFF) təşkilatçılığı ilə keçirilən şirkətlərarası "Xəzər kuboku" (Caspian Cup) turnirinin qalibləri mükafatlandırılıb.

"Turnirin qalibi "Akkord Azəryurd" komandası olub", - çərşənbə günü Trend -a "Akkord" Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Akkord Azəryurd" finalda "Caspian Tredinq Compani"yə qalib gəlib. Turnirdə üçüncü yeri "Gallery" komandasına qalib gələn "Azercell" tutub.

Çıxış edən "Akkord" Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq  Quliyeva idmançıları bu gözəl qələbə münasibətilə təbrik edib, "Akkord"un idmana və idmançılara qayğısı sayəsində əldə edilən gözəl nəticələrdən danışıb.

"Akkord"un Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdiyi xüsusi qayğı təkcə sponsorluq fəaliyyəti ilə məhdudlaşmır: "Belə ki, fərqlənən idmançılar burada işlə təmin edilir və xüsusi qayğı ilə əhatə olunur, onların sosial problemlərinin həllinə, məşq etməsi üçün lazımi şəraitin yaradılmasına ciddi diqqət yetirilir. Hazırda şirkətdə calışanlardan 6 nəfər dünya çempionu, 7 nəfər Avropa çempionu, 2 nəfər Dünya Kubokunun sahibi, 30 nəfər beynəlxalq, 30 nəfər isə respublika yarışlarının qalibidir", - şirkətin İctimaiyyətlə əlaqələr şobəsinin rəhbəri Quliyeva bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti