...

Azərbaycanda "donuz qripi"nə yoluxma ilə bağlı ilk fakt qeydə alınıb - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 30 İyul 2009 14:28 (UTC +04:00)
Azərbaycanda "donuz qripi"nə yoluxma ilə bağlı ilk fakt qeydə alınıb - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda "donuz qripi"nə yoluxma ilə bağlı ilk fakt qeydə alınıb, bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin cümə axşamı yayılmış məlumatında deyilir.

Virusa yoluxma faktı Fransa (27 iyul) və Böyük Britaniyadan (29 iyul) səfərdən qayıtmış Bakı və Gəncə sakinlərində aşkar edilib.

Xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir və hazırda onlar həkimlərin nəzarəti altında müalicə kursu keçirlər.

Xəstələr ilə ünsiyyətdə olan şəxslərlə bağlı profilaktik işlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti