...

Azərbaycanda Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə qəbul edilmiş Amnistiya aktı 9564 şəxsə tətbiq olunub

Cəmiyyət Materials 30 İyul 2009 18:21 (UTC +04:00)
"Onlardan 8604-ü kişi, 960-ı qadın, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxsdir. Amnistiya nəticəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən 2030 və intizam məsuliyyəti üzrə cəza çəkən 137 şəxs azadlığa buraxılıb, 516 şəxsin isə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıya endirilib" , - Heydər Əliyev Fondundan cümə axşamı Trend News-a daxil olan məlumatda bildirilib.
Azərbaycanda Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə qəbul edilmiş Amnistiya aktı 9564 şəxsə tətbiq olunub

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir C.Babayeva /

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanin birinci xanımı, UNESCO və İSESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində qəbul edilmiş Amnistiya aktının 9564 şəxsə tətbiq olunduğu müəyyən edilib.

"Onlardan 8604-ü kişi, 960-ı qadın, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxsdir. Amnistiya nəticəsində azadlıqdan məhrumetmə növündə cəza çəkən 2030 və intizam məsuliyyəti üzrə cəza çəkən 137 şəxs azadlığa buraxılıb, 516 şəxsin isə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıya endirilib" , - Heydər Əliyev Fondundan cümə axşamı Trend -a daxil olan məlumatda bildirilib.

Məlumata əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən 1600, islah işləri növündə cəza çəkən 2853, ictimai işlər növündə cəza çəkən 198, habelə maddi vəziyyəti ilə əlaqədar olaraq təxminən 670 min manat məbləğində cəriməni ödəyə bilməyən 1860 məhkum cəzalardan azad olunub. Həmçinin şərti məhküm edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 369 məhkum barəsində də amnistiya tətbiq edilib.

Amnistiyanın təsiri altına düşmüş şəxslərin 95 faizi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməyə görə məhkum olunmuş şəxslərdir. Cəzadan azad olunmuş şəxslərin qalan hissəsi isə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş və cəzalarının sonuna az müddət qaldığı üçün amnistiya aktı ilə nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşməyən şəxslər olub.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilib, o cümlədən təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.

Heydər Əliyev Fondu barələrində amnistiya tətbiq edilmiş şəxslərin Azərbaycan dövlətinin layiqli vətəndaşları olacağına, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklərinə ümidvar olduğunu bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti