...

Azərbaycan Mərkəzi Bankının bir qrup əməkdaşı mənimsəmədə ittiham olunur

Cəmiyyət Materials 6 Avqust 2009 14:25 (UTC +04:00)
Bankın bir qrup əməkdaşı Mərkəzi Bankdan 2003-cü ildən 2008-ci ilə qədər 7 milyard (köhnə Azərbaycan manatı ilə) manat mənimsəyib.
Azərbaycan Mərkəzi Bankının bir qrup əməkdaşı mənimsəmədə ittiham olunur

Azərbaycan, Bakı, 06 avqust / Trend , muxbir H.Bağırov /

Azərbaycan Mərkəzi Bankından küllü miqdarda pul mənimsəməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb.

Bankın bir qrup əməkdaşı Mərkəzi Bankdan 2003-cü ildən 2008-ci ilə qədər 7 milyard (köhnə Azərbaycan manatı ilə) manat mənimsəyib.
Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvlər tutulub.

Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyeva və kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilov, xəzinədarlar Şəhnaz Səmədova, Nazilə Bağırova və Könül İsmayılova Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), mənimsəmə və ya israf etmə (179.3.2), rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə (326), Səbinə Məmmədova isə səhlənkarlıq (314.2-ci ) maddələri ilə ittiham olunurlar.
Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Mərkəzi Bankın nümayəndəsi Fazil Məmmədov kommersiya sirrinin qorunmasını əsas gətirərərk prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.

Təqsirləndirilən şəxslər və onların vəkilləri prosesin qapalı keçirilməsinə etirazlarını bildiriblər. Məhkəmə vəsatəti təmin edib və prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edib.

Mətbuat nümayəndələrini iştirakı olmadan keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti