...

Azərbaycanda orta məktəb müəllimləri internet vasitəsilə işə qəbul olunacaqlar

Cəmiyyət Materials 11 Avqust 2009 11:45 (UTC +04:00)
"Bu yenilik ilk növbədə Bakıda, 2010-2011-ci il tədris ilindən isə ölkə üzrə bütün orta məktəblərdə tətbiq olunacaq. Vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanların verilməsi nəzərdə tutulur. İşə qəbul olunmaq istəyən müəllimlər elektron ərizə ilə müraciət edəcəklər", - təhsil naziri Misir Mərdanov yeni tədris ilinə hazırlıqla bağlı keçirilən müşavirədə bildirib.
Azərbaycanda orta məktəb müəllimləri internet vasitəsilə işə qəbul olunacaqlar

Azərbaycan, Bakı, 11 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanda yeni 2009-2010-cu il tədris ilindən etibarən orta məktəb müəllimləri vakant iş yerlərinə internet vasitəsilə qəbul olunacaqlar.

"Bu yenilik ilk növbədə Bakıda, 2010-2011-ci il tədris ilindən isə ölkə üzrə bütün orta məktəblərdə tətbiq olunacaq. Vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanların verilməsi nəzərdə tutulur. İşə qəbul olunmaq istəyən müəllimlər elektron ərizə ilə müraciət edəcəklər", - təhsil naziri Misir Mərdanov yeni tədris ilinə hazırlıqla bağlı keçirilən müşavirədə bildirib.  

Nazir həmçinin bildirib ki, sentyabr ayının əvvəllərində ölkənin rəhbər təhsil işçilərinin respublika müşavirəsi keçiriləcək.

Azərbaycanda yeni tədris ili sentyabrın 15-dən başlayacaq. Azərbaycanda 4525 orta məktəb, 170 min müəllim var.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti