Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycanın akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun adı dəyişdirilib.
Azərbaycan Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Nazirlər Kabineti İnstitutun "Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi" adlandırılması barədə qərar qəbul edib, Nazirlər Kabinetinin məlumatında bildirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]