...

Azərbaycan hökuməti respublikanın kənd yerlərindəki səhiyyə müəssisələrində çalışacaq gənc kadrlara əlavə güzəştlər nəzərdə tutub

Cəmiyyət Materials 13 Avqust 2009 11:28 (UTC +04:00)
Azərbaycan hökuməti respublikanın kənd yerlərindəki səhiyyə müəssisələrində çalışacaq gənc kadrlara əlavə güzəştlər nəzərdə tutub.
Azərbaycan hökuməti respublikanın kənd yerlərindəki səhiyyə müəssisələrində çalışacaq gənc kadrlara əlavə güzəştlər nəzərdə tutub

Azərbaycan, Bakı, 13 avqust / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Hökuməti respublikanın kənd yerlərindəki səhiyyə müəssisələrinə tibbi kadrların cəlb olunması üçün həvəsləndirmə tədbirləri hazırlayıb.

Nazirlər Kabinetindən cümə axşamı Trend -a verilən məlumata görə, baş nazirin imzaladığı qərarla respublikanın kənd yerlərindəki səhiyyə müəssisələrinin tibbi kadr tələbatını ödəmək məqsədi ilə, dövlət ali və orta  ixtisas məktəblərini tibbi ixtisaslar üzrə bitirərək, dövlət sifarişinə uyğun iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti davam etdirən gənc mütəxəssislərə 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün ayda 33 manat məbləğində kompensasiya veriləcək.

Yerli icra hakimiyyəti orqanları müvafiq qurumlarla birlikdə onlara lazımi mənzil-məişət şəraitini yaratmalı, daimi məskunlaşmaq üçün torpaq sahələri ayırmalı və kreditlərin verilməsinə köməklik  göstərməlidir.

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən tibb müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına 66 manat məbləğində əlavə ödənişlər də nəzərdə tutulub.

Tibbi profilli dövlət ali və orta ixtisas təhsili müəssisələrini bitirərək, ciddi kadr tələbatı olan bölgələrdə əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım ödəniləcək.

Qərarla Səhiyyə Nazirliyinə 2010-2014-cü illər üçün səhiyyə müəssisələrində tibbi kadr təminatı üzrə İnkişaf Proqramı layihəsini hazırlamaq tapşırılıb.
Qərar 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.



Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti