...

İsveç XİN İsrailin tənqidini qəbul etməyib

Cəmiyyət Materials 21 Avqust 2009 18:30 (UTC +04:00)
İsveçin xarici işlər naziri Karl Bildt, İsveçin "Aftonbladet" qəzetində öldürülmüş fələstinlilərin cəsədlərinin bölünməsi, onların orqanlarının müxtəlif tərəflərə dağıdılması ilə bağlı yazılan məqalənin mühakimə edilməsi barədə İsrailin tələbini qəbul etməkdən imtina edib.
İsveç XİN İsrailin tənqidini qəbul etməyib

İsveçin xarici işlər naziri Karl Bildt, İsveçin "Aftonbladet" qəzetində öldürülmüş fələstinlilərin cəsədlərinin bölünməsi, onların orqanlarının müxtəlif tərəflərə dağıdılması ilə bağlı yazılan məqalənin mühakimə edilməsi barədə İsrailin tələbini qəbul etməkdən imtina edib.

Ölkəsinin Aİ-də sədrlik etdiyi Bild öz bloqunda yazıb ki, İsveç qəzetinin ünvanına tənqid bildirməyəcək, çünki söz azadlığı İsveç üçün prioritetdir.

Məqalə İsraildə böyük qalmaqal yaradıb. İsrailin xarici işlər naziri Aviqdor Liberman cümə axşamı bildirib ki, Stokholmun mövqeyi İsveçin ikinci dünya müharibəsi zamanı hökumətin ölkənin neytrallığı barədə bəyanat verdiyi mövqeyə oxşardır.

Liberman bildirib ki, İsrail XİN İsveç XİN-ə etiraz məktubu göndərmək niyyətindədir.

İsveçin İsraildəki səfiri Elizabet Borsin Bonnier aparıcı İsveç nəşri ilə bağlı "mətbuat azad olmalıdır, ancaq ona məsuliyyət də tələb olunur" deyərək nəşri tənqid edəndən sonra Liberman isveçli həmkarı Bildtin fəaliyyətini "aciz" adlandırıb.

Ancaq İsveç səfirinin bəyanatı sonradan İsveç XİN-in rəsmi saytından götürülüb.

İsraildəki İsveç səfirinin bəyanatı ölkəsində tənqidə səbəb olub. Yaşıllar Partiyasının nümayəndəsi Per Qarton Bonnieri Təl-Əvivdən geri çağırmağı təklif edib. İsveçdə Bonnierin "ölkədə söz və mətbuatın azadlıq prinsiplərini" unutduğunu hesab edirlər.

"Eyni zamanda cümə günü İsrailin İsveçdəki səfiri Benni Doqan Stokholmda müzakirələr üçün XİN-ə çağırılıb", - İsveç KİV yazır.

Xəbər lenti

Xəbər lenti