...

Azərbaycanın cənubunda tarixi qəbir aşkar olunub

Cəmiyyət Materials 21 Avqust 2009 16:39 (UTC +04:00)
"Masallının Təzə Alvadı kənd sakini Zeyniyev Habil həyətində təsərrrüfat quyusu qazmaq istəyərkən 1 metr 70 sm dərinlikdə torpaq qəbir aşkar edib. Zeyniyev Masallı rayon icra hakimiyyəti, Rayon mədəniyyət və turizm şöbəsinə bu barədə məlumat verib", - cümə günü Trend News-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Cənubi Şərqi Azərbaycanın arxeoloji tədqiqi "Arxeoloji Ekspedisiyasının rəisi Abuzər Ələkbərov məlumat verib.
Azərbaycanın cənubunda tarixi qəbir aşkar olunub

Azərbaycan, Lənkəran, 21 avqust / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda (paytaxt Bakıdan 230 km aralı) son tunc, ilk dəmir dövrünə aid torpaq qəbir aşkar edilib.

"Masallının Təzə Alvadı kənd sakini Zeyniyev Habil həyətində təsərrrüfat quyusu qazmaq istəyərkən 1 metr 70 sm dərinlikdə torpaq qəbir aşkar edib. Zeyniyev Masallı rayon icra hakimiyyəti, Rayon mədəniyyət və turizm şöbəsinə bu barədə məlumat verib", - cümə günü Trend -a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Cənubi Şərqi Azərbaycanın arxeoloji tədqiqi "Arxeoloji Ekspedisiyasının rəisi Abuzər Ələkbərov məlumat verib.

Ekspedisiyanın rəisi e.ə. 14-cü əsrdən bizim eranın VIII əsrinədək olan dövrü əhatə edən uzunluğu üç metr, eni 1,5 metr, dərinliyi iki metr olan bu qəbirdə bir sərkərdəyə məxsus yaraq əsləhəsi, iki xəncər, döyüş yabası, 80 sm uzunluqda qılınc, ox ucluqları, gildən müxtəlif formalı məişət qablarının qalıqları, cənazənin üst hissəsində dörd ədəd qızıl düymə aşkar edildiyini bildirib. Qəbirdəki 10 sm qalınlığındakı kömür qalıqları cənazənin altında böyük od qalandığı ehtimalını söyləməyə əsas verir.

Ələkbərov tapıntıların laboratoriya şəraitində müayinə ediləcəyini, metalların tərkibini öyrənmək üçün analizlərin, tədqiqat işlərinin aparılacağını bildirib. Ərazidə tədqiq edilməmiş onlarla kurqanlar mövcuddur.

"Cənubi Şərqi Azərbaycanın arxeoloji tədqiqi "Arxeoloji Ekspedisiyası 20 ildən artıqdır ki, bölgənin arxeoloji xəritəsini hazırlamaqla məşğuldur. Artıq bir neçə rayonun (Lənkəran, Astara,Yardımlı, Lerik) arxeoloji xəritəsinin hazırlanması işi qismən başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti