Azərbaycan, Bakı, 27 avqust / Trend , muxbir K.Zərbalıyeva /
Həbsdə olan azərbaycanlı gənclərin barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin vaxti məlum olub.
Bakının Səbail rayon məhkəməsindən cümə axşamı Trend -a verilən məlumata görə, iş üzrə hazırlıq iclası sentyabrın 4-nə təyin olunub.
Trend -un arayışı: Rəsmi məlumata görə, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər "Lebonese" restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə, onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.
Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.
Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]