...

Bakıda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub – nazir

Cəmiyyət Materials 28 Avqust 2009 13:49 (UTC +04:00)
"Hazırda ağacların kəsilməsi faktlarının sayı xeyli azalıb. Bu istiqamətdə cəmiyyət də diqqətli olmalıdır. Ölkədə ictimai nəzarət də böyükdür, hər bir kəsilən ağac üçün etiraz səsi qaldırılır. Amma əkilən ağacların sayı kəsilən ağacların sayından qat-qat çoxdur", Trend News-un məlumatına görə, cümə günü ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.
Bakıda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub – nazir

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanın paytaxtı Bakıda son iki-üç ayda ağac kəsilməsi ilə bağlı 60 min manatadək cərimə tətbiq olunub.

"Hazırda ağacların kəsilməsi faktlarının sayı xeyli azalıb. Bu istiqamətdə cəmiyyət də diqqətli olmalıdır. Ölkədə ictimai nəzarət də böyükdür, hər bir kəsilən ağac üçün etiraz səsi qaldırılır. Amma əkilən ağacların sayı kəsilən ağacların sayından qat-qat çoxdur", Trend -un məlumatına görə, cümə günü ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına bildirib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyev qısa müddət ərzində Bakıda və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə tapşırıq verib. Bu təşəbbüs 100 ildən çox müddətdə formalaşmış Abşeron yaşıllıqlarının çox qısa zamanda, demək olar ki, ikiqat artırılması deməkdir. Bu məqsədlə Abşeron yarımadasının 11 ərazisində yer seçilib, Zığ gölü ətrafının, habelə keçmiş "Sədərək" və "Binə" ticarət mərkəzlərinin yerinin yaşıllaşdırılması layihələri hazırlanıb.

Nazirin sözlərinə görə, Bakı və bölgələrdə yaşıllaşdırma işləri geniş vüsət almaqdadır. "Bakı-Ələt-Hacıqabul istiqamətində magistral şose yolu ətrafında 172 min, Zığ-Aeroport yolu boyu ərazidə 230 min müxtəlif növ ağac və kol cinsləri əkilib. Zığ-Aeroport yolu boyu 196 hektar ərazidə yaşıllıqsalma işləri başa çatdırılıb. Ağacların suvarılması üçün suvarma şəbəkəsi qurulub", - Bağırov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti