...

Türkiyə Suriya-İraq münasibətlərinin nizamlanmasında vasitəçi qismində çıxış edir

Cəmiyyət Materials 31 Avqust 2009 14:26 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Bağdada rəsmi səfər edəcək, səfərdən sonra isə İraq və Suriya arasında siyasi böhranın həll olunmasına kömək etmək məqsədilə Dəməşqə yola düşəcək, Al Jazeera xəbər verir.
Türkiyə Suriya-İraq münasibətlərinin nizamlanmasında vasitəçi qismində çıxış edir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bazar ertəsi Bağdada rəsmi səfər edəcək, səfərdən sonra isə İraq və Suriya arasında siyasi böhranın həll olunmasına kömək etmək məqsədilə Dəməşqə yola düşəcək, Al Jazeera xəbər verir.

İki ölkə arasında münasibətlər İraq rəhbərliyinin Suriyadan, Bağdadda iki həftə öncə 95 nəfərin ölümünə, 500-dən çox nəfərin yaralanmasına səbəb olan böyük terror aktlarının təşkilatçılarını təslim etmək tələbindən sonra pisləşib. Lakin Dəməşq ittihamlardan imtina edir. Ötən həftə hər iki tərəf öz diplomatik nümayəndələrini geri çağırıb.

Əvvəlcə Suriya-İsrail danışıqlarında vasitəçi qismində çıxış edən Türkiyə hər iki ərəb ölkəsinə münasibətlərin nizamlanmasında kömək etmək niyyəti barədə bəyan edib. Bazar ertəsi Türkiyənin xarici işlər naziri Davudoğlu İraqın Baş naziri Nur əl-Maliki ilə danışıqlar keçirəcək, bundan sonra isə Suriyaya yola düşəcək.

Türkiyənin vasitəçiliyi İranın xarici işlər naziri Manuçehr Mottakinin Bağdada və Dəməşqə səfəri fonunda keçir.

Suriya Prezidenti Başşar əl-Əsəd Mottaki ilə bazar günü Dəməşqdə keçirilən görüşdə Bağdaddan İraqdakı partlayışlarda Suriyanın əlinin olması ilə bağlı sübutları təqdim etməyi tələb edib.

Əl-Əsəd həmçinin bildirib ki, İraqdakı stabillik bütün regiona lazımdır və Suriya, həmçinin İranın maraqlarına cavab verir, Suriyanın SANA agentliyi xəbər verir.

Əl-Əsəd Aİ-nın xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xavyer Solana ilə görüş keçirib. Görüşdə həmçinin Suriyanın İraqda stabillik yaranmasında maraqlı olduğunu bəyan edib.

İraqın xarici işlər naziri Xoşyar Zebari İraqda parlayışların tədqiq edilməsi məqsədilə beynəlxalq tribunal yaratmağa çağırıb. O, eyni zamanda Suriyadan terror aktının iki təşkilatçısını təslim etməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti