...

Qaqra şəhər məhkəməsi "Buket" gəmisinin kapitanını 24 il azadlıqdan məhrum edib

Cəmiyyət Materials 31 Avqust 2009 20:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 avqust / Trend , müxbir N.Kirsxaliya /

Qaqra şəhər məhkəməsi Panama bayrağı altında üzən Türkiyənin "Buket" gəmisinin kapitanı, Türkiyə vətəndaşı Mehmet Öztürkü 24 il azadlıqdan məhrumetmə ilə cəzalandırıb. Bu gün bu qərarı məhkəmə Abxaziya dəniz hövzəsinə qeyri-qanuni giriş və Gürcüstan ərazi sularının pozulması üzrə təqdim edilən altı epizod əsasında qəbul edib.

Tankerin kapitanına "Gürcüstan dövlət sərhədinin dəfələrlə pozulması və işğal olunmuş ərazidə gəmiçilik qaydalarının pozulması faktları üzrə" ittiham irəli sürülüb. Gürcüstan DİN-in məlumatına görə, gəmi kontrabanda yolu ilə 2 min ton benzin və 700 ton dizel yanacağı nəql edirmiş.

"Buket" gəmisinin sabiq kapitanı, Azərbaycan vətəndaşı İlqar İmanverdiyev də saxlanılıb. Poti məhkəməsi ötən həftə sabiq kapitan İmanverdiyevin əvvəllər də dəfələrlə Gürcüstanın ərazi sularını pozması və Abxaziyaya kontrabanda yükü ilə gəlməsini bildirən prokurorluğun tələbini nəzərə alaraq, onun ilkin olaraq iki ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. İmanverdiyev eyni sərtlikdə keçəcək məhkəmə prosesini gözləyir.

Gürcüstan dəniz sərhədçiləri Türkiyədən Abxaziyaya gedən "Buket" tankerini saxlayıblar. Gəmi ekipajı 17 nəfərdən ibarətdir. Onlardan 13-ü Türkiyə, dördü Azərbaycan vətəndaşıdır.

"Buket" gəmisində çalışan dörd azərbaycanlının işinə Kutaisi məhkəməsi baxacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti